ŞƏRƏFLİ ZABİT ÖMRÜ: MÜŞFİQ FƏTƏLİYEV — 50

İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biri də peşəkarlığı, hümanistliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, işgüzarlığı və mənəvi keyfiyyətiləri ilə secilən Müharibə Veteranı ehtiyatda olan baş leytenant Fətəliyev Müşfiq Ramiz oğludur.  Müharibə Veteranı  Müşfiq  Fətəliyevin  oktyabr ayının  30-da  50 yaşı tamam olur.

Müharibə Veteranı ehtiyatda olan baş leytenant Fətəliyev Müşfiq Ramiz oğlu  1979 -cu ildə  Bakı şəhərində hərbçi ailəsində anadan olub. Atası Ramiz Alqoca oğlu Fətəliyev üzun müddət SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edib.

Daima həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan Müharibə Veteranı ehtiyatda olan baş leytenant  Fətəliyev Müşfiq Ramiz oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və uzun ömur arzulayir.

Müşfiq  Fətəliyev 1988 -ci ildə Bakı şəhərində orta məktəbi  bitrib. Təhsilini  Azərbaycan Neft  və  Kimya  İnistitunda davam etdirib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kecirlən bir cox metodiki -təlim toplanışlarında, xüsusi — taktiki təlimlərdə,  semnar və konfranslarda fəal iştirak edib.

1988- 1990-cı illərdə  Bakı Suvenir fabrik və konqresmenlər zavodunda  işləyib. 1990-1997-ci illərdə  SSRİ və Azərbaycan Respublikasının  Daxili işlər Nazirliyi Daxili Qoşunların  Binəqədi və Xəzər  rayonlarında yerləşən hərbi hissələrində   əsgər vəzifəsindən başıayaraq hərbi hissənin qərargah rəisinin nizamı hissə və kadrlar üzrə baş köməkçisi  vəzifəsinə kimi yüksələrək, Vətənə, Dövlətə və  Xalqa  sədaqətlə xidmət edib. Ailə vəziyyətinə görə 1998 -ci ilin yanvar ayında  Silahlı Qüvvələrdən ehtiyata buraxılıb.

Hərbi yoldaşları onu  vətənpərvər, qorxmaz, saxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,   istərsə də  dost-tanış , qohum-əqraba  arasında özünə böyük hörmət qazanıb.

Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsində, Hərbi Andın,  Hərbi və Daxili Qoşunların Döyüş Xidməti Nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Azərbaycan Respublikasında ictimai qaydanın qorunmasında  , ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, Fövqəladə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində eləcə də,   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Xidməti vəzifə borclarının  yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və xüsusi fəriqləndiyinə görə SSRI və Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanlıgının, Diviziya, Birqada və Alay komandirlərinin müvafiq əmrləri ilə bir sıra medalarla, döş  nişanları ilə, təltif edilib, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə və təltiflərlə mükafatlandırıb.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MÜŞFİQ BƏY!..

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sədrinin huquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: