Peskov Rusiya sülhməramlılarının Qarabağda mandatının uzadılması ehtimalını ŞƏRH ETDİ

Peskov Rusiya sülhməramlılarının Qarabağda mandatının uzadılması ehtimalını şərh edib.

“RİA Novosti” xəbər verir ki, Rusiya-Ermənistan-Azərbaycan sammitində Rusiya sülhməramlılarının mandatının Soçidə uzadılmasına dair sənədin imzalanmasının mümkünlüyü barədə suala Kreml görüşün özünü gözləməyi təklif edib.

Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının mandatını 10-20 il uzatmağa hazır olduğunu bəyan edərək, şərtləri Rusiyanın müəyyən etməli olduğunu qeyd edib.

“Görüşün özünü gözləmək lazımdır”, – deyə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, bazar ertəsi Soçidə Rusiya-Azərbaycan-Ermənistan sammiti keçiriləcək. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə ayrı-ayrılıqda ikitərəfli görüşləri də planlaşdırılır.

Xuraman Etibarlı

Mənbə: KONKRET.az

Bu xəbəri paylaşın: