TƏBRİK: MƏRDAN HÜSEYİNLİ — 58

   İnsan üçün ən yaddaqalan günlərdən biri də  onun doğum günüdür.Yaşın üstə  yaş qalandıqca insan daha da kamilləşir. Belə insanlardan   biri də Azərbaycan Respublikasının Müharibə Veteranı, jurnalistlər və yazıçılar birliyinin üzvü, qızıl qələm   mükafatı laureatı ehtiyatda olan mayor Mərdan Hüseynlidir  (Hüseynovdur ). Bu günlərdə onun 58   yaşı  tamam olur. Belə bir əlamətdar gün münasibətiylə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Rəhbərliyi Müharibə Veteranı, ehtiyatda olan mayor Mərdan Hüseyinlini səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

    Müharibə Veteranı ehtiyatda olan mayor Mərdan Hüseyinli (Hüseynov) 01 noyabr 1964-ci ildə Tovuz rayonunun  Pələkli kəndində dünyaya göz açıb.

Arzu edirik ki, yaşınızın üstə gələn bu yaş Sizə sevinc dolu günlər bəxş etsin və hər yeni gününüz ötən günlərdən daha gözəl, istəklərinizə uyğun həyatınız daha xoşbəxt keçsin.

   O, Baki Dövlət  Ünversitetinin «Filologiya»fakultəsini ,Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. İxtisasna uyğun  müxtəlif  mətubat orqanlarında işləyib. 1993-cü ilin yanvar  ayından etibarən Daxili İşlər Nazirliyinin Daxili  Qoşunların Baş İdarəsində «Əsgər » qazetində müxbür və məsul katib vəzifələrində xidmət edib.

     Mərdan Hüseyinli təhsildə  və həyatda qazandığı ən məhsuldar bilik və baçarığını xalqımızın və dövlətimizin xeyirinə əsirgəməmiş ,öz vətənpərvər şeir və yazılarında hərbiçiləri qələbəyə  ruhlandırmışdır. Məhz ön cəbhədə qaynar nöqtələrdən  hazırladığı uğurlu yazılarna  görə Qızıl qələm mükafatına layiq görülmüşdür.

  Mərdan Hüseyinli «Azərbaycan Ordusu » və»Sərhəd » qazetləri redaksiyaları ilə sıx əməkdaşlıq  etmiş, ön cəbhədən hazırladığı məqalə və reportajları  Azərbaycan Radiosunun  hərbi vətənpərvərlik verlişlərində səsləndirmək  gənclərə yüksək vətənpərvərlik  hissi aşılamışdır. O, öz şəxsi nüfuzu və yaxşı dost yaradıcı heyətin köməkliyi ilə, maddi və texniki vasitələrin çatışmazlğı  səbəbindən «Əsgər «qəzetinin bağlanması  təhlükəsinin qarşısını ala bilmişdir. 

      O, həmişə düşmənə qarşı son uğurlu əməliyyatlara qədərki, dövurlərdə, belə öz  yaradıcılığında  Silahll Quvvələrin Ali Baş Komandanımızın   qətiyyətli  rəhbərliyi və xilaskar ordu quruculuğumuza, böyük  və qəti qələbəmizə  yenilməz inamını xüsusi nikbinliklə  tərənnüm etmişdir. Budur  xalqımızın  bu, yüksək  inamı nəticəsində   düşmənlər üzərində  öz möhtəşəm qələbəmizə qovuşduq .

Böyük  rus yazıçısı A.Fadeyev yaradıcı insanların — şair, rəssam,  bəstəkarların   ömürlərini  hər iki tərəfi yanan şama bənzədərək : » Bu cür insanlar öz ömürləri  ilə

yanaşı  xalqının  ömüründə  yaşayırlar», — demişdir. Biz də Mərdan Hüseyinliyə  əbədi yaradıcılıq sevinci arzulayırıq.

     Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində bir çox hərbi qulluqçulara şəxsi nümunə olaraq Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

    Azərbaycan Respublikasında ictimai  qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə , yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, fövqaladə hallar zamanı hüqüqi rejim tədbirlərinin həyata keçirilməsində ona həvala edilmis vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.

     Müharibə veteranı ehtiyatda olan mayor Mərdan Hüseyinli xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanadığına görə Daxili işlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     Xidmətdə fəriqləndiyinə görə O, Daxili İşlər Nazirinin müvafiq  əmrləri ilə Azərbaycan Respublikasının Prezidenti adından  bir sira medalarla təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MƏRDAN BƏY!

100 (yüz) yaşa ,sağlam yasa!

Dərin hörmətlə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: