SOS!!! Riyakar dünya qarşısında ədalətli Türk varlığını görmək istəmir…

ELBARİZ MƏMMƏDLİ

Neçə illərdi dediklərimiz və bir çox məqamlarda təpkiyə məruz qaldığımız həqiqətlər artıq bütün çılpaqlığı ilə ortadadır. Bəli, Qarabağ bəlasının memarı Rusiyadır və burda mübahisə üçün heç bir arqument yoxdur. Ötən həftə «Valday» Diskussiya klubunda Rusiya prezidenti Putinin dedikləri, bu dövlətin Azərbaycana qarşı hansı münasibətdə olduğunun əyani göstəricisidir. Yəni, bir vaxt erməni qanlı Lavrov-Kələntəryanın canfəşanlıqla müdafiə edib gözə soxduğu, işğalda olan 5 rayonun qaytarılması məsələsi, Rusiyanın riyakar siyasətinin nəticəsi idi. Belə ki, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli və Ağdam qaytarılmalı, Laçın və Kəlbəcər mübahisəli olduğu üçün danışıqlar predmeti olmalı, Yuxarı Qarabağa aid olan ərazilər isə, ümumiyyətlə müzakirə edilməməliydi. Bax, budur rus faşizminin mahiyyəti…

Etiraf edək ki, 1988-ci ildən üzü bəri yaşadığımız bütün bəlaların mayasında rus faşizminin varlığı durur. Bu gün həmin düşmən və qanlı siyasət eyni ssenari üzrə davam etdirilir. Sadəcə, Rusiya-Ukrayna müharibəsi və Azərbaycanın Türkiyə, Pakistan, İsrail, Böyük Britaniya və. s dövlətlərlə isti münasibətləri ruslara düşmənçiliyi aktiv fazaya keçirmək imkanı vermir. Əvəzində Rusiya ilə münasibətləri olan İran və Fransa ortaya atılmaqla, dolayı olaraq, rus siyasətinə şərikliyini nümayiş etdirir.

Putinin məlum çıxışından sonra ermənilərin aktiv şəkildə toplanaraq, Xankəndidə mitinq keçirməsi də münaqişənin uzadılmasına yönəlik məsələdir. Azərbaycan və Ermənistan dövlət başçılarının Brüssel və Praqa görüşləri rusları qıcıqlandırdığı üçün onlar bu davanın arbitrı kimi görünməyə cəhd edir, əslində isə, birtərəfli olaraq ermənilərin əlinə yeni «kozır»lar verirlər. Dünənki izdihamlı Xankəndi mitinqi də 31 oktyabr tarixində keçirilən üçtərəfli Soçi görüşündə Azərbaycana təzyiq vasitəsi və beynəlxalq aləmə mesaj kimi dəyərləndirilə bilər.

Alınan ilkin məlumata görə, Putinlə görüşdə prezident İlham Əliyev Qarabağ müzakirəsinin iki il öncə bitdiyini bəyan edib ki, bu da əlbir tərəflərin ürəyincə deyil. Öz növbəsində Paşinyan da Azərbaycan silahlı qüvvələrinin «sülhməramlı» ların təsir dairəsində olan ərazilərdən çıxarılması, kommunikasiya xətləri açılarsa, ona nəzarətin ermənilərə verilməsi, Qarabağ ermənilərinin tərəf kimi danışıqlara cəlb edilməsi , hətta şərməramlıların missiyasının uzadılması iddiasındadır. Reallıqda bu, ermənilərdən daha çox rusların istəyi olaraq dəyərləndirilməlidir. Xankəndidə rus pasportlarının paylanması haqda gəzən informasiyalar da bu niyyətə bağlıdır.

Soçi görüşündə sülh niyyətlərinə işıq düşəcəyi də inandırıcı görünmür. Bunu Rusiya istəmir və rusların daha nəyi planlaşdırdıqlarını söyləmək üçün yetərincə fakt göstərmək olar. Soçi görüşündən sonra Paşinyanın İrana planlaşdırılan səfəri də rusların marağına xidmət edən məsələdir.

Ukrayna savaşında aldığı ağır məğlubiyyət, etiraf etməsələr də rusları böyük güc olmaq iddiasından tamamilə uzaqlara atıb. Amma bu, hələ rusların Qafqazdan çəkilməsi inamını yarada bilməz. Bəli, Rusiya dağılmağa doğru gedir. Yaxın illərdə burda ciddi dəyişikliklərin olacağı şübhəsizdir. Amma bütün bu olaylar Azərbaycan cəmiyyətinin hadisələrdən kənarda dayanmasına əsas vermir. Çünki ruslar Qarabağda və Ermənistanda ciddi silahlanmaya yenidən start veriblər. Sabah qanlı savaşlar yendən alovlana bilər. Nədənsə, bizdə bu reallığa hələ də biganə münasibətdə olan toplum mövcudluğu var. Bütün qisasçı, yaltaq, hiyləgər və yalan təsəvvürləri bir kənara atıb, fikir birliyinə getməliyik.

Heç olmazsa, düşmən erməni və rusların əleyhimizə yönəlmiş təbliğatından dərs almalıyıq. Unutmayaq ki, sabah meydanda nifrətini üzərimizə yönəltmiş rus, erməni, fars və fransızlardan başqa digərləri də ola bilər. Çünki sərsəm və riyakar dünya qarşısında ədalətli Türk varlığını görmək istəmir. Ne mutlu Türküm diyene!

Bu xəbəri paylaşın: