
FÜZULİ RZAQULİYEV
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) SƏDRİ
“TASS”-ın verdiyi məlumata görə, Putin Paşinyanla ikitərəfli görüşü açıq elan edərkən zarafatyana Soçidə müşahidə edilən yağışlı havaya görə üzr istəyib.
“Bu gün Soçidə görüşürük. Görüş yerini də siz və Azərbaycan Prezidenti İlham Əliyev seçmisiniz. Payız havasına görə üzr istəyirəm, lakin heç nə edə bilmərik, payız payızdır”. Bu siyasi replika əslində, hər addımda Rusiyanı «yükləməyə» çalışan Paşinyana verilən bir cavab olması diqqətdən qaçmamalıdır. Bir aforizmdə deyilir: «Əgər güclü yağış yağırsa, günahkar mütləq yəhudilərdir». Yəni Putin anlatdı ki, ondan asılı olmayan məsələlər də var…
…Görüşdən qabaq ortaya atılan «Washington variantı» və «Rusiya variantı» barədə müzakirələr, ən çox Putinin işinə yaradı. Paşinyanı və Ermənistanı bircə cümlə ilə «əl quzusuna» çevirə bildi: Rusiya Prezidenti deyib ki, əgər Ermənistan Qarabağ üzərində Azərbaycanın suverenliyini nəzərdə tutan «Washington variantını seçirsə, buyursun».
Putinin dəm vurduğu «Washinqton variantı»na görə ABŞ Ermənistanı dövrədən çıxararaq illərcə dirəniş göstərdiyimiz bir üsulla bizi ram etmək istəyir. Qarabağda yaşayan separatçıları tərəfə çevirərək danışıqlara cəlb etməyə çalışır. Yəni Ermənistanı Rusiyadan almaq və Azərbaycanın həll etdiyi problemi onun daxilində dirçəltmək istəyir. ATƏT-in Minsk Qrupunu da bu münaqişənin həlli üçün yenidən bölgəyə soxuşdurmağa çalışır. Bunu Putin də, tərəflər də yaxşı bilirlər. Bu addım Rusiyadan qurtulmaq istəyən Sorosçu Paşinyana sərf edir, amma Rusiya Çuxur Səddi əldən vermək niyyətində deyil. Washinqtona gəlincə isə bunlar heç problemin mahiyyətini belə anlamadan Qarabağı Azərbaycan ərazisində «erməni anklavı» adlandırırlar («Bloomberg», «Washington Post» və s.). Rusiyanın hələ də əxlaqsızcasına «dağlıq Qarabağ» deməyindən də pis bir nümunə amerikalılara aiddir.
Rusiya «sülhməramlı» adıyla bölgəyə pərçim edib öz «(S)arsax müdafiə ordusu» adlı terrorçu-separatçı layihəsinin qalıqlarını xilas etdikdən sonra bölgədə qalma planları üzərində iş aparır. Çünki, bu günədək, bir problemlə hər iki ölkəni öz təsiri altında saxlayan Rusiya, problem çözülüncə Ermənistanı və daha doğrusu Zaqafqaziyanı itirəcək. 23 minlik əhali yaşayan ərazilərdə öz təsirini qorumaq üçün Rusiya Xankəndini 100 minlik əhalisi olan bir şəhərə çevirmək istəyir. Plana görə şəhərdə Azad Ticarət bölgəsi yaradılacaq. Rusiya Ukrayna müharibəsindən öncə bölgəyə İran, Suriya və Livandan ermənilər köçürmək, həmçinin Rusiyadan da rus və ermənilər köçürmək istiqamətində işlər aparıb. Dəvətlilərə mənzil və yüksək əmək haqqı təklif edilib. Ruben Vardanyan adlı kirli pulyuyan «ropotun» bölgədə peyda olması Putinin məkrli planlarındandır. Burada məqsəd heç də ermənilərin qorunması deyil, Qafqazda möhkəmlənərək, «Bir yol, bir kəmər» layihəsinə təsir imkanı əldə etməkdi. Bu barədə xəbər vermişik və təkrar edirəm. Rusiya bölgədə rolunu itirməmək üçün İrani aktivləşdirir. Hətta Avropa, xüsusən də ermənipərəst Fransanın əliylə ATƏT-in Minsk Qrupunun fəaliyyətinə də razılıq verə bilər ki, Qərblə partnyorluğunun yolu açılmış olsun.
Rusiya İranı bu istiqamətdə aktivləşdirib. İranın bölgədə boy göstərməyə çalışması, Rusiya platsdarmını öz qırmızı xətti adlandırması və Moskvadan dərhal sonra Paşinyanın TYehrana uçması təsadüfi deyildir. Prezident Aparatının siyasi məsələlər üzrə müavini bəyan edib ki, səfər zamanı Ermənistan baş naziri ilə İran prezidenti arasında danışıqlar, anlaşma memorandumunun imzalanması və mətbuat konfransı nəzərdə tutulub.
Soçi görüşü başa çatdı. Bu sadəcə Rusiya üçün vaxt udmaqla məqam gözləmək, İrəvan üçün publikaya oynamaq, Bakı üçünsə dəyişməz mövqenin nümayişi üçün növbəti görüş xarakteri daşıdı. Biz işimizə baxmalıyıq. Görüşdə iştirak edənlərin son açıqlamalarını təqdim edirik:
RUSİYA. “Bakı ilə İrəvan arasında münaqişə uzun illərdir ki, davam edir. Ona nə vaxtsa son qoyulmalıdır”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Soçidə keçirdiyi görüşdə deyib.
O bildirib ki, rəsmi Moskva bu prosesi dəstəkləyir:
“Bilirəm ki, sizin bununla bağlı siyasi iradəniz var. Bütün məsələlərdə razılaşmaq lazımdır. Bu, bizim üçün xüsusi bir vəziyyətdir. Ümid edirəm ki, nizamlanma yolunda irəliyə doğru addımlar ata bilərik”, — V.Putin söyləyib.
ERMƏNİSTAN. Bizim üçün Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulmasının əsas prinsipləri və parametrlərinin Rusiya layihəsinin «Dağlıq Qarabağ»a dair təklif etdiyi yanaşmalar bizim üçün məqbuldur, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşdə deyib.
«Azərbaycan qoşunlarının bu ilin martında «işğal» etdikləri «Dağlıq Qarabağ»dakı Rusiya sülhməramlılarının məsuliyyət zonasından çıxarılması məsələsi bizim üçün çox vacibdir (?!). Rusiya Federasiyasının bu məsələ ilə bağlı aydın mövqeyi (ərazi Ermənistanın bütövlüyü) Azərbaycan qoşunlarının mayın 11-dən etibarən mövqelərə çıxarılmasının zəruriliyi ilə bağlıdır”, — Paşinyan bildirib.
AZƏRBAYCAN. “Qarabağ münaqişəsi artıq tarixdir, iki il əvvəl həll olunub. Burada bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb olunduğu formatıdır”.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putinlə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan bu yaxınlarda 5 əsas prinsip irəli sürüb: «Onların əsasında Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşdırılmalıdır. Bütün bunlar beynəlxalq hüququn əsas prinsipləridir. Hesab edirəm ki, bunun əsasında normallaşmaya nail olmaq olar”.
Son olaraq mövqeyi illərcə dəyişməyən Ali Baş Komandanımız cənab İlham Əliyevin sözlərini ortada rus ağalarını tərifləyən kolon nökərlərinə və qorxaqlara bir daha qırmızı xəttlə xatırladıram: “Qarabağ münaqişəsi artıq tarixdir, iki il əvvəl həll olunub. Burada bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur».
