«Dəmir Yolçu» veteranlarımız təltif olundular

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) «Dəmir Yolları» şöbəsi 8 Noyabr Zəfər günü münasibəti ilə Hacıqabul və Kürdəmir stansiyalarında Şəhid ailələri və Müharibə veteranları ilə görüş keçirdi.

Tədbirdə dəmir yoçu müharibə veteranlarının bir qismi AVMVİB-nin «Müharibə Veteranı» medalı və «Dəmir Yolları» şöbəsinin Fəxri Fərmanları ilə təltif edildi.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) «Dəmir Yolları» şöbəsinin sədri İlham Əzizov məlumat verib.

Təltif olunmuş veteranlarımızı təltif münasibəti ilə ürəkdən təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Elnur Səlim

Bu xəbəri paylaşın: