Beyləqan rayonunda Şəhid Bulağının açılışı oldu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin üzvləri olan müharibə veteranları Beyləqan rayonu Qaradağlı kəndində qəhrəman şəhid Rəşid Loğman oğlu Tahirovun adının əbədiləşdirilməsi məqsədiylə tikilmiş Abidə Şəhid Bulağı kompleksinin açılış mərasimində iştirak ediblər.

Açılış mərasimində Beyləqan rayon İcra Hakimiyyətinin Başçısının müavini Telman Məstanov, İH nümayəndələri, kənd sakinləri, şəhidlərin yaxınları, müharibə veteranları və məktəblilər iştirak ediblər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi sədrinin müavini Məmməd Məmmədov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhid ailəsinə başsağlığı veriblər və şəhidin ailəsinə Fəxri fərman təqdim etdilər.

Xatırladaq ki, şəhid Rəşid Loğman oğlu Tahirovun döyüşlərdə göstərdiyi şücaətlər «Vətən uğrunda», «Füzulinin azad edilməsinə görə», «Şuşanın azad edilməsinə görə» və «Döyüşlərdə fərqlənməyə görə» medallarıyla təltif olunub. Doğum günündə onun adını əbədiləşdirən Şəhid Bulağı açılışı oldu.

Allah şəhidlərimizə rəhmət eləsin!


Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Beyləqan

Bu xəbəri paylaşın: