Müharibə veteranlarından «Əsgərnamə» elegiyası

Oktyabrın 29-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Akt zalında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilatçılığı ilə, AVMVİB-nin Fəxri üzvü, Vətənpərvər mahnıların bəstəçisi bəstəkar Fərahim Sadiq və AVMVİB Zəngilan rayon şöbəsinin birlikdə hazırladığı “Əsgərnamə” elegiyasına çəkilən klipin təqdimatı keçirildi.

İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi, sonra şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sayğı duruşlu sükutla yad edildi.

Tədbirdə AVMVİB-nin İdarə Heyəti üzvləri, AVMVİB Nəsimi, Binəqədi, Dəmiryol, Xankəndi-Xocalı, Sumqayıt, Qubadlı rayon şöbələrinin sədrləri, Cəbrayıl rayon şöbəsinin sədr müavini, AVMVİB Zəngilan rayon şöbəsinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri, Zəngilan rayon İcra Hakimiyyətinin şöbə müdirləri, həmçinin Cəbrayıl rayon İcra hakimiyyətinin nümayəndələri, AMEA nın gənc alimləri, yazar Adilə Nəzər, 44 günlük Vətən müharibəsi iştirakçıları İlkin Rzaquliyev, Rəşadət ordenli mayor Elçin Allahverdiyev, Alpaqut federasiyasının struktur heyəti, Azərbaycan Diaspora Komitəsinin əməkdaşı Elmira Hacıyeva, «Naxçıvanlılar» qrupunun idarə heyətinin üzvləri, QHT rəhbərləri, xalqın sevimlisi olan bir sıra sənət adamları, ictimai xadimlər və s. qonaqlar iştirak ediblər.

“Əsgərnamə” elegiyasının klipi nümayiş etdirildikdən sonra tədbirin aparıcısı Firəngiz Əkbərova ilk sözü Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevə verdi.

Füzuli Rzaquliyev, “Əsgərnamə”nin gənc nəslin vətənpərvər ruhda böyümələri üçün əhəmiyyətindən danışaraq klipin mütləq məktəblərdə, hərbi hissələrdə yayınlanılarsa, gənclərimizin vətənpərvər ruhda yetişməsinə töhfə verəcəyini söylədi.

Daha sonra Şəmistan Əlizamanlı çıxış edərək “Əsgərnamə” elegiyasının gənclərimiz arasında vətənpərvərliyin təbliğ olunmasına ən yaxşı təsiri ola biləcəyini bildirib və AVMVİB sədri Füzuli Rzaquliyevə həsr edilmiş “İgid” mahnısını səsləndirdi.

Az tv-nin veteran diktoru Sevil Hüseynli “Əsgərnamə” elegiyasının Azərbaycan gəncliyi üçün faydalı bir əsər olduğunu qeyd etdi.

Tədbir iştirakçılarından general- leytenant Yaşar Aydəmirov, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı, ehtiyatda olan polkovnik Hikmət Ağayev, Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin sədri Müşviq Əliyev, Müharibə Veteranı Qadınlarina Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbas, ehtiyatda olan polis polkovniki Osman Vəliyev, şəhid anası Aygün Məmmədli, Zəngilan rayon Mədəniyyət İdarəsinin müdiri Mehman Nəsirov, Rəşadət ordenli qazi mayor Elçin Allahverdiyev və başqaları çıxış edərək, «Əsgərnamə» elegiyasının gənclərimizin vətənpərvərlik hissinin aşılamasında böyük rol alacağını bildiriblər.

Tədbirin fəxri qonaqlarından olan Aşıq Ruhiyyə Qarabağlı «Əsgərimə heykəl qoyun» mahnısı ilə bütün zalı coşdurdu. Mahnı tədbir iştirakçılarını həm kövrəltdi, həm də qürurlandırdı ki, onların alqışları ilə qarşılandı.

Müğənni İlqar Zəngilanlı da elegiya barəsində öz xoş sözlərini bildirərək sözləri Həsən Orucoğluna, aranjimanı Fərahim Sadiqə, musuqisi İlqar Zəngilanlıya aid olan, AVMVİB-nin şərəfinə ithaf edilmiş “Vətən bizim gözümüz” mahnısını ifa etdi.

Azərbaycan xalqının seçilən və sevilən sənət adamları olan Eldost Bayramlı, Xalidə Qasımova, araşdırmaçı jurnalist Məleykə Aslanzadə, yazar Çinarı Köçərli, iş adamı-xeyriyyəçi Ulduz Hüseynova və başqaları tədbirin gedişatından məmnun olduqlarını ifadə edərək veteranlarımıza sağlıq və uğur diləyiblər.

Elegiyasının mətnlərinin yazarları olan Xəyyam Məmmədov, Vüqar Əlisoy, Aysel Nəcəfzadə, Tural Nəqşicahan, Səadət Qərib tədbir iştirakçılarına təqdim olunaraq bu proyekdə iştiraklarından və “Əsgərnamə”yə sözləri ilə rəng qatdıqlarından dolayı alqışlandılar. Elegiyanın müəllifi Fərahim Sadiq və iştirakçıları Azad Musayev, Zakif Abbasov, Qorxmaz Nəsirov,İlham Səfərov, Zülfü Həsənəliyev, Mehdi Şahməmmədov, Azər Musayev yenidən səhnəyə dəvət alaraq bir daha “Əsgərnamə” elegiyasını canlı ifa etdilər.

“Əsgərnamə” elegiyasının çəkilib ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə “Səhiyyə Tv” nin təsisçisi Azər Xudiyevə və tədbirirn gedişatının səs avadanlıqları ilə təmin olunmasına görə AZERCO şirkətinin qurucusu Zahid Bayramlıya xüsusi təşəkkürlərimizi bildiririk.

Azad Musayev

AVMVİB Zəngilan rayon şöbəsinin sədri, Fedai.az sayıtının müxbiri

Bu xəbəri paylaşın: