Sabunçu rayonunda müharibə veteranları və şəhid ailələri şəhid Qələndər Nofəl oğlu Əliyevin Anım mərasimində iştirak ediblər.


Mərasimdə Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müşaviri Hamlet Gülməmmədovun, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabunçu rayon şöbəsinin sədri Ramiz Musayevin və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Sabunçu şöbəsinin sədri V. Şabanovun rəhbərliyi ilə müharibə veteranları iştirak edərək şəhidin məzarı üzərinə güllər düzmüş və ruhuna dualar oxumuşlar.
Şəhid Qələndər Əliyevin Anım günüylə bağlı ehsan süfrəsi verilib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur


