Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şirvan şəhər şöbəsinin üzvləri Şirvan şəhəri B. Aslanov adına 16 nömrəli tam orta məktəbin tarix müəllimi Məmmədova Gülnarın şəhid Emil Hümbətov adına olan sinfinin açılış mərasimində iştirak etdilər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şirvan şəhər şöbəsinin sədri Zaur Vahidov məlumat verib.
Mərasimdə şəhidin valideynləri, məktəbin direktoru Elçin Həsənov çıxış etdilər.
Sonda şəhidin xatirəsinə hazırlanmış video çarx nümayiş olundu.
Allah şəhidlərimizə rəhmət eləsin!
