Beyləqan rayonunda XTQ şəhidi Siyahim Əlizamin oğlu Dəmirovun Anım mərasimi keçirilib.
XTQ şəhidi Siyahim Əlizamin oğlu Dəmirov 13 sentyabr 1990-cı ildə Beyləqan rayonu Alnəzərli kəndində anadan olub. 44 günlük Vətən müharibəsində şücaətlər göstərərək 1 noyabr 2020-ci ildə şəhidlik zirvəsinə yüksəlib.



Şəhidi anmaq üçün keçirilən mərasimdə ictimaiyyət nümayəndələri, müharibə veteranları və şəhid ailələri iştirak ediblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov AVMVİB sədri Füzuli Rzaquliyev adından şəhidin yaxınlarına başsağlığı vermiş və Fəxri fərman təqdim etmişlər.
Allah rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

