Dəmir Yolçu müharibə veteranları tədbir keçirib

«Azərbaycan Dəmir Yolları» QSC-nin Yevlax qovşağında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) «Dəmir Yolları» şöbəsinin rəhbərliyi tərəfindən Qarabağ müharibəsi iştirakçısı olmuş dəmiryolçularla görüş keçirildi.

Onların şikayət və təklifləri dinlənildi, lazımi qeydlər aparıldı və qarşıdan gələn «8 Noyabr Zəfər günü» münasibətilə veteran dəmiryolçular medal və fəxri fərmanlarla təltif olundular.

Allah şəhidlərimizə rəhmət eləsin və qazilərimizə şəfa versin.

Qarabağ Azərbaycandır!

İlham Əzizov

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) «Dəmir Yolları» şöbəsinin sədri

Bu xəbəri paylaşın: