Balakən rayonunda Vətən Müharibəsi Qəhrəmanının məəzarı ziyarət olundu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin üzvləri AVMVİB İdarə Heyətinin Zəfər günü ilə bağlı Vətən Müharibəsi Qəhrəmanı, şəhid Amin Novruzovun məzarını ziyarət ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev məlumat verib.

Aydın Abdullayev bildirdi ki, Amin Novruzov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2017-ci ildən isə Dövlət Sərhəd Xidmətinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Novruzova «Vətən Müharibəsi Qəhrəmanı» adı verildi. Amin Novruzov ölümündən sonra «Vətən uğrunda» və «Zəngilanın azad olunmasına görə» medalı ilə təltif edilib.

Şəhidin məzarı üzərinə güllər qoyub ruhuna dualar oxunub.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elnur

Bu xəbəri paylaşın: