Noyabrın 2-də Masallı Tarix Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Şuşa ili və 8 Noyabr- Zəfər Gününə həsr olunmuş Masallı şəhər məktəbliləri arasında intellektual bilik yarışı keçirilib.
Masallı şəhər 4 saylı tam orta məktəbində baş tutan yarışda şəhər məktəbləri üzrə ümumilikdə 8 komanda iştirak edib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
3 turdan ibarət gərgin mübarizənin sonunda N. Nərimanov adına şəhər 2 saylı tam orta məktəb 1-ci yerə, N. Əsgərli adına şəhər 3 saylı tam orta məktəb 2-ci yerə, «Dəfinə» məktəb liseyi isə 3-cü yerə layiq görülüb.
Yekunda digər komandalara da iştiraklarına görə “Təşəkkürnamə”lər təqdim olunub.
Samir Əkbərov
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsi sədrinin təşkilati məsələlər üzrə müavini
