«8 Noyabr — ZƏFƏR GÜNÜ»- nə həsr olunmuş şeir müsabiqəsi keçirilir

Suraxanı rayon Gənclər Evində, Suraxanı Rayon İcra Hakimiyyəti, Suraxanı rayonu Gənclər və İdman İdarəsi və «Suraxanı Gənclər evi» sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə «8 Noyabr — ZƏFƏR GÜNÜ»- nə həsr olunmuş şeir müsabiqəsi keçirilmişdir.

Müsabiqədə Suraxanı Rayon İcra Hakmiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər və Xocalı rayon şöbəsinin üzvü, müharibə veteranı Ramiz Yusubov, şair-publisist Ramiz Oğuz, Q. Abbasov adına Mədəniyyət Evinin bədii rəhbəri Bəhiyyə Nağıyeva, Suraxanı rayon Gənclər Evinin direktoru Natəvan Rüstəmova və Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov iştirak ediblər.

Müsabiqədə rayonun 28 məktəbi, iştirak edib.

Bütün iştirakcılara uğurlar arzulayırıq!

Elnur Səlim

Bu xəbəri paylaşın: