Zərdab rayonunda 8 Noyabr- Zəfər günü ilə bağlı tədbirlər keçirilir

8 Noyabr- Zəfər günü Zərdab rayonunda da məktəblərdə, əmək kollektivlərində geniş qeyd olunur. Rayonun müharibə veteranları və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zərdab rayon şöbəsinin üzvləri yaxından iştirak edirlər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zərdab rayon şöbəsinin sədri Seyfi Həsənov məlumat verib.

Bildirib ki, 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı sayəsində Böyük Qələbə ilə başa çatdı. Bu Qələbədə şəhidlər xalqımıza ölçüyəgəlməz qürur, fəxr hissi yaşatdılar.

Allah qazilərimizə can sağlığı versin, şəhidlərimizin məkanı cənnət olsun!

Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir

Bu xəbəri paylaşın: