8 Noyabr- Zəfər günü münasibətiylə Qobustan rayonunda «Zəfərin mübarək, Vətən!» adlı tədbir keçirilib. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsi, şəhid ailələri, müharibə veteranları, müəllimlər və məktəblilər iştirak edirdilər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qobustan rayon şöbəsinin sədri Toğrul Şabanov məlumat verib.


Bildirib ki, hər insan şəhid və qəhrəman ola bilməz! Vətəni, torpağı, milləti və dövləti canından, ailəsindən artıq sevənlərdir Şəhidlər! Şəhidlər cəsarətin, hünərin, qorxmazlığın, şərəfin, namusun, qeyrətin, fədakarlığın simvollarıdır. Onlar bizim, millətimizin, dövlətimizin qüruru, iftixarıdır.
Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Tədbirdə məktəblilər ədəbi-bədii kompozisiyalarla rəngarəng vətənpərvər ruhlu çıxışlar ediblər.
Tədbirdə fərqlənən məktəblilər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsi tərəfindən diplomlarla təltif edildilər.
Allah şəhidlərimizə rəhmət eləsin!
E. Səlim





