Veteranlar şəhid ailəsinə baş çəkiblər

Müharibə veteranları Xocavənd rayonu Qaradağlı kəndindən olan şəhid polis nəfəri Zəvvar Kamal oğlu Quliyevin ailəsini ziyarət ediblər.

Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müşaviri Hamlet Gülməmmədov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabunçu rayon şöbəsinin sədri Ramiz Musayev və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Sabunçu şöbəsinin sədri Vidadi Şabanov ziyarətdə iştirak edərək şəhid ailəsinə başsağlığı verib və daim onların yanında olduqlarını bildiriblər.

Xatırladaq ki, şəhid polis nəfəri Zəvvar Kamal oğlu Quliyev Xocavənd rayonu Qaradağlı kəndi uğrunda gedən döyüşlər zamanı şəhid olub.

Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müşaviri Hamlet Gülməmmədov şəhidin ailəsinə Fəxri fərman təqdim edib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Nurlan

Bu xəbəri paylaşın: