«Azərbaycan Dəmir Yolları» QSC-nin Bakı qovşağında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) «Dəmir Yolları» şöbəsinin idarə heyətinin Zəfər Günü münasibətiylə ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş dəmiryolçularla görüş keçirildi.



Görüşdə veteranların şikayətləri və təklifləri dinlənildi, lazımi qeydlər aparıldı və qarşıdan gələn «8 Noyabr Zəfər Günü» münasibətilə veteran dəmiryolçularımız medal və fəxri fərmanlarla təltif olundular.
Təltifləri təqdim edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Dəmir Yolları söbəsi sədirinin müavini Zərxanım Rəsulova onları Zəfər Günü münasibətiylə təbrik edib.
Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə tezliklə şəfa versin.
Qarabağ Azərbaycandır!
İlham Əzizov
AVMVİB «Dəmir Yolları» şöbəsinin sədr


