Sabunçu rayon Mərkəzləşmiş Kitabxana Sisteminin 12 saylı filialı ilə şəhid Əvəz Paşayev adına Mədəniyyət evinin birgə təşkil etdikləri «Tarixi Zəfər» adlı tədbir təşkil etdilər.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri, Qarabağ qazisi Ramiz Musayev, Qarabağ qaziləri ata-oğul Orucov Asif Musa oğlu, Orucov Musa Asif oğlu, şəhidin həyat yoldaşı Püstəxanım Paşayeva, jurnalist, tədqiqatçı Məhəmməd Nərimanoğlu dəvət olunmuşdu.


Tədbirdə Azərbaycan Respublikası Dövlət Himni səsləndi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Gənc istedadlar Xan Qaraxanlı və Asiman Mirzəzadə musiqilər ifa etdilər. Kitabxananın bir qrup kiçikyaşlı oxucuları Vətənə, Şanlı Zəfərimizə həsr edilən şeirlər söylədilər.
Şəhid Əvəz Paşayevivin abidəsini ziyarət edən zaman tədbirimizə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, YAP Fəlsəfə və Sosiologiya İnstitutu təşkilatının sədri Sənan Həsənov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov, Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, Qarabağ müharibəsi iştirakçısı, ehtiyyatda olan mayor Fikrət Nəbiyev qatıldıqlar.
Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu.
Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır!