AVMVİB Səbail rayon şöbəsi 8 Noyabr Zəfər Günü ilə bağlı tədbir keçirib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsi üzvlərin iştirakıyla 8 Noyabr Zəfər Günü ilə bağlı tədbir keçirib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadə məlumat verib.

Tədbirdə çıxış edən Fəqan Nəsibzadə bildirib ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Bu gün münasibətiylə AVMVİB sədri Füzuli Rzaquliyev başda olmaqla müharibə veteranlarımızı və Azərbaycan xalqını təbrik edirəm.

Tədbirdə AVMVİB Səbail rayon şöbəsinin fəal üzvləri Fəxri fərmanlarla təltif olunublar.

N. Məmmədli

Bu xəbəri paylaşın: