Zəngilan veteranları Zəfər Günü tədbirində iştirak ediblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin üzvləri 33 saylı Zəngilan orta məktəbində Zəfər Günü münasibətiylə hazırlanmış tədbirdə iştirak ediblər.

Masazırda yerləşən Zəngilan şəhərciyində Mədəniyyət Evində Zəngilan rayon 33 saylı məktəbin Zəfər bayramı ilə əlaqədar hazırlanan möhtəşəm tədbirdə iştirak edən müharibə veteranları yeniyetmələrin vətənpərvərlik ruhundakı çıxışlardan məmnun olublar.

Tədbir çox möhtəşəm kompozisiyalarla zəngin olub.

Zəngilan rayonu 33 saylı məktəbin bütün kollektivini belə gözəl tədbir hazırladıqları üçün və Zəfər Günü münasibətiylə təbrik edirəm.

Tədbirə məktəb kollektivi, şəhid ailələri və qazilər dəvət olunmuşdular.

Azad Musayev

AVMVİB Zəngilan rayon şöbəsinin sədri, Fedai.az — ın müxbiri

Bu xəbəri paylaşın: