AVMVİB Yasamal rayon şöbəsi tədbirdə iştirak edib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yasamal rayon şöbəsinin üzvü olan müharibə veteranları Bakı Şəhər Təhsil İdarəsi, Yasamal rayonu 189-190 saylı məktəblərin Zəfər Günü ilə bağlı təşkil etdiyi tədbirdə istirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov məlumat verib.

S. Hüseynov bildirib ki, keçirilən görüşdən sonra məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş etdirildi. Görüşdə AVMVİB üzvü müharibə veteranları polkovnik Ələddin Kərimov və Allahşükür Cəfərov iştirk edirdilər.

Çıxış edənlər qeyd etdilər ki, bu, qətiyyətli Ali Baş Komandanımızın və rəşadətli ordumuzun Şuşanı işğaldan azad etdiyi tarixi gündür.

Azərbaycanın şanlı tarixinə daha bir Zəfər Günü yazıldı. Bu, Azərbaycanın qədim və tarixi şəhəri olan Şuşanın 2020-ci il 8 noyabr tarixində işğaldan azad olunması günüdür. Bununla bağlı Prezident İlham Əliyev dekabrın 3-də Sərəncam imzalayıb.

Elnur

Bu xəbəri paylaşın: