Bu gün Karasu Əməliyyat Şirkətinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə şirkətin əməkdaşları və Şirvan sakinləri Şirvan şəhidlərini ziyarət etdi.
Facebook paylaşımında deyilir: «Zəfər Gününü bizlərə yaşadan şəhidlərimizə, qazilərimizə və onların bir ömür əziyyətini çəkəcək yaxınlarına bizlər və bizdən sonra gələcək nəsillər bir ömür borcludur»…


Karasu Əməliyyat Şirkətinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə şirkətin əməkdaşlarının və müharibə veteranlarının ziyarətdə iştirakı barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şirvan şəhər şöbəsinin sədri Zaur Vahidov məlumat verib.
Şəhid məzarları ziyarət olunub və məzarlar üzərinə gül qoyulub. Şəhidlərimizin ruhuna dualar oxunub.


