Qarabağa İran üzərindən silah gətirildi

Rusiyadan Qarabağdakı separatçı-terrorçular üçün göndərilən silah və sursat İran üzərindən İrəvan aeroportuna çatdırılıb. Daha sonra isə oradan maşınlarla Laçın dəhlizindən keçməklə Xankəndiyə daşınıb.

Ucuş 03.11.2022-ci ildə, saat 17:21-də baş tutub. Reysin nömrəsi isə RFF7935-dir.

Qeyd edək ki, ötən gün rus sülhməramlıların «sülhməramlı humanitar yardım» adı altında Laçın dəhlizi ilə Qarabağ separatçılarına silah daşıması haqqında məlumat yayılıb.

Mənbə: Milli.Az

Bu xəbəri paylaşın: