Suraxanı rayonunda 8 Noyabr — Zəfər Günü tədbirləri keçirilib

8 Noyabr — Zəfər Günü bayramı münasibətilə liseyimizin qonağı, Azərbaycan Həmrəylik Cəmiyyətinin Prezidenti Tofiq Əlizadə və 2-ci qrup Vətən müharibəsi qazisi Eldar Rüstəmov olub.

Onlar şagirdlərlə görüşüb, öz xatirələrindən danışıblar.

Rəhbərlik adindan qonaqlara təşəkkür edilib.

Sonra xatirə şəkilləri çəkilib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov məlumat verib.

8 Noyabr — Zəfər Günü münasibəti ilə 85 saylı tam orta məktəbdə də tədbir keçirilib. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı rayon şöbəsinin üzvləri tədbirdə iştirak ediblər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov çıxış edərək bildirdi ki, 2020-ci il sentyabrın 27-dən etibarən Azərbaycanın başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir. Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırmışdı. Cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.

Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. 44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar. Şuşa qalasının alınması əməliyyatı isə tamam başqadır. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı rayon şöbəsinin üzvləri elə həmin gün S. Bəhlulzadə adına Mədəniyyət sarayında Suraxanı İcra Hakimiyyətinin təşkilatçılığı ilə qələbəmizin ikinci ildönümünə həsr olunmuş Zəfər Forumunda da iştirak ediblər.

Tədbirdə rayon rəhbərliyi, müharibə veteranları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vətən müharibəsində qazandığımız Böyük Qələbənin 2-ci ildönümü münasibətilə Suraxanı rayonunda konsert proqramı təşkil olunub.

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət evində baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, şəhidlərimizin ailə üzvləri və qaziləmiz, Milli Məclisin deputatları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

İlk öncə Ümummilli lider Heydər Əliyevin Suraxanı rayonunda adını daşıyan parkda ucalan abidəsi ziyarət edilib, önünə gül dəstələri düzərək xatirəsi ehtiramla anılıb.

Daha sonra tədbir Şəhidlərimizin əziz xatirəsinin yad edildiyi və Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan konsert proqramı ilə davam edib. 44 günlük Vətən Müharibəsində Şanlı Qələbəmizin 2-ci ildönümünə həsr olunan video-çarx göstərilib, incəsənət xadimlərinin ifasında vətənpərvərlik mahnıları səsləndirilib, rəqslər nümayiş olunub.

Elnur Səlim

Bu xəbəri paylaşın: