AVMVİB «Dəmir Yolları» şöbəsi üzvlərlə görüş keçirdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) «Dəmir Yolları» şöbəsinin rəhbərliyi «Azərbaycan Dəmir Yolları» QSC-nin Gəncə qovşağına daxil olan Ağstafa-Böyük Kəsik ərazisində çalışan veteran dəmiryolçularla görüş keçirib.

Görüş zamanı onların şikayət və təklifləri dinlənildi, lazımi qeydlər aparıldı və «8 Noyabr Zəfər Günü» münasibəti ilə bir qrup veteran dəmiryolçu Xatirə medalı və Fəxri fərmanlarla təltif olundular.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) «Dəmir Yolları» şöbəsinin sədri İlham Əzizov məlumat verib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə tezliklə şəfa, müharibə iştirakçılarımıza uzun ömür, can sağlığı versin.

Qarabağ Azərbaycandır!

Bu xəbəri paylaşın: