Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimayi Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin Qazi və Vetrranları şəhidlərimiz Vel kəndində yaşamış İbrahimov Röyal Qulam oğlu və Boladı kəndində yaşamış Əkbərov Valeh Asim oğlunun İkinci ildönümünü ilə əlaqədar olaraq onların məzarlarını ziyarət ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimayi Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev məlumat verib.
Şəhidlərin ruhuna dualar oxunub. Şəhidlərimizin ailələri ilə görüşüb başsağlığı verərək Allahdan səbr diləyiblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Şəhidlər Ölməz, Əbədi Yaşarlar!


