Abşeron rayonunda şəhidlərin şərəfinə ucaldılan abidənin açılışı olub

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Abşeron rayon şöbəsinin üzvləri ictimaiyyət nümayəndələri ilə birlikdə Abşeron rayonunda şəhidlərin şərəfinə ucaldılmış abidənin açılış mərasimində iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Abşeron rayon şöbəsinin sədri Cabbar Cabbarov məlumat verib.

“8 Noyabr – Zəfər Günü” münasibəti ilə Abşeron rayonunda açılan abidə önündə çıxış edənlər bu günün tariximiz üçün önəmindən və şəhidlərimizin, ordumuzun qəhrəmanlıqlarından söz açmışlar.

“8 Noyabr – Zəfər Günü” münasibəti ilə Abşeron rayonunun Xırdalan şəhəri də daxil olmaqla rayonun bütün kənd və qəsəbələrində tədbirlər keçirilmişdir. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev iştirak edib. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə idarə və təşkilatlar, şəhid ailələri və qazilər, gənclər, müharibə veteranları və rayon ictimaiyyəti iştirak etmişlər. 

Qarabağ Azərbaycandır!

Bu xəbəri paylaşın: