Göygöl şəhəri Qələbə parkında rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tariximizin şanlı səhifəsi olan 8 Noyabr — Zəfər Günü münasibətilə keçiriləcək «ZƏFƏR KONSERTİ» adlı tədbir keçirilib.
Tədbirdə rayonda yaşayan müharibə veteranları da yaxından iştirak ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov məlumat verib.
Həbib Hüseynov bildirib ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin — müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Əldə olunmuş bu Zəfər əsrlər boyu unudulmayacaq və qeyd ediləcək.
Tədbirdə müxtəlif janrlarda hərbi vətənpərvərlik mahnıları səsləndirilib və ifa olunub.
Qarabağ Azərbaycandır!


