Fədai.az-ın 10 ay öncə dediyini nazir təsdiqlədi: 2019-cu ildən hərbi pensiyalar indeksasiya olunmayıb…

Fədai.az 15 yanvar 2022-ci ildə yazdığı problemə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri noyabr ayında münasibət bildirib. Biz yazmışdıq:

— 2019-cu ildən bəri adı çəkilən pensiyalara indeksasiyanın tətbiq olunmaması Nazirlər Kabinetinin, Maliyyə nazirliyinin yarıtmaz və bəlkə də məqsədli xidmətinin nəticəsidir. Məhz Maliyyə nazirliyi Zəfərin həmin sonrası hərbçilərin əmək haqlarına «əl gəzdirdi». Daha sonra 2019-cu ildən həssaslığı ilə seçilən bu sosial təbəqəni heç bir əsas olmadan artımlardan və indeksasiyadan kənarda saxlamaqdadır. Üstəlik, 2018-ci ildən başlayaraq pensiya məbləği infilyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunmasını qəbul edib. Pensiyaların indeksasiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac olmasına baxmayaraq, nazirlik əlini ağdan-qaraya vurmayıb. Yetən, nədənsə sosial narazılıqlara hesablanmış addımları «islahat» adıyla cəmiyyətə sırımağa çalışır. Digər bir tərəfdən isə «qənaət» dedikdə isə hər biri pensiyalar üzərində oynamağa çalışmaları işin görünən tərəfidir. Mütəxəssislər də bildirirlər ki, pensiya məbləğinin orta aylıq əmək haqqıdakı artıma deyil, əhalinin gəlirlərindəki artım faizinə indeksasiya olunması daha məqsədə uyğundur. Çünki, qeyri-rəsmi məşğulluq mövcud olduğundan orta aylıq əmək haqqıdakı artım gəlirlərin artımını tam ifadə edə bilmir.

Bu halda indeksasiya nəticəsində pensiya məbləğlərinin daha çox artmasının şahidi ola bilərik. Lakin bu istiqamətdə konkret olaraq heç bir iş görülmür.

Məsələn, əsasən qanunlarını kalka etdiyimiz Rusiyada bu faizlər hər il indeksasiya edilib. Pensiyaların indeksasiya faizlərlə (Rusiya) — 2010 (6,3%), 2011 (8,8%), 2012 (10,65%), 2013 (10,12% ), 2014 (8,31%), 2015 (11,4%), 2016 (4%), 2017 (5,8%), 2018 (3,7%), 2019 (7,05%), 2020 (6,6%), 2021 (6,3%).

Pensiyaların indeksasiya faizlərlə (Azərbaycan) — 2010 (5,7%), 2011 (7,9%), 2012 (1,1%), 2013 (2,4%), 2014 (1,4%), 2015 (4%), 2016 (12,4%), 2017 (5,7%), 2018 (2,9%), 2019 (16,6%), 2020 (11,4%), 2021 (14,3%). Maliyyə nazirliyi bu günədək hansı rəqəmi hərbçilərin pensiyasında indeksasiya etdiyini açıqlasın.

2018-ci ildən başlayaraq pensiya məbləği infilyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunması qəbul edilib. Digər bir tərəfdən isə hərbi qulluqçuların pensiyalarının müvafiq qurumlarda hərbi və xüsusi rütbəli şəxslərin vəzifə maaşı ilə deyil, onların təminat xərcliyinin artımı əsasında artırılması qaydası tətbiq edilib ki, bu da mövcud qanunlara ziddir.

“Prezident İlham Əliyevin imzaladığı ”Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında» Sərəncam sosialyönümlü xərclərin artırılmasına imkan verir. Yəni, milyardla ifadə olunan vəsaitin bu istiqamətdə yönəldilməsi nəzərdə tutulur.

2022-ci ilin dövlət büdcəsi artıq Milli Məclisdə təsdiq olunub. Büdcə xərclərinin 46.4 faizi sosial istiqamətə yönəldiləcək. Bu, müstəqillik illərində sosial xərclərin büdcə xərclərində ən böyük payıdır.

Yəni bu o deməkdir ki, növbəti il hər 100 manatdan 46.4 manatı sosial məqsəd üçün istifadə olunacaq.

Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin noyabrın 4-də keçirilən birgə iclaslarında səsləndirilən təkliflərə cavabında deyib.

O, müharibə veteranlarına verilən müavinətlərin indeksləşdirilməsi və ya artırılması məsələsinə də toxunub:

«Bu məsələ daimi olaraq Azərbaycan hökumətinin qarşısında duran prioritet məsələlərdən biridir. Müharibə əlilləri, şəhid ailələri, müharibə iştirakçılarına dəstək məqsədilə 2019-cu ildəki məbləğ, təxminən, 40 % artırıldı və indiki məbləğə bərabər oldu.

Hazırda Azərbaycanda 170 mindən çox müharibə veteranı var. Onlar üçün çoxsaylı müxtəlif proqramlar etmişik və bunun da davamı gələcək.

Ötən dövr ərzində 21 min müharibə iştirakçısı və əlilindən 8800-ü özünəməşğulluq proqramına cəlb olunub. 7000-i isə məşğulluq marafonu və müxtəlif alətlər vasitəsilə işlə təmin olunub və bu sahədə onlara qarşı göstərilən diqqət daimi olacaq».

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: