«Dovşan» Vardanyan Qarabağa gizlənməyə göndərilib…

  • XAQANİ ƏDƏBOĞLU

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri

Xəbər verildiyi kimi, erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Xankəndidəki separatçı rejimin “dövlət naziri” vəzifəsini icra etməyə başlayıb. Vardanyan yeni işində geniş səlahiyyətlərə malik olacaq və faktiki olaraq Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə onun məkrli və kirli işlərini yürüdəcək.

Güya Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Xankəndinə köçməsinin Moskvanın planı olması versiyası Rusiya və Ermənistan mətbuatında o qədər təkrarlanır ki, artıq bu fakt hamılıqla qəbul olunub. Əgər bu doğrudursa, o zaman Kreml Qarabağda erməni separatizminin ikinci dalğasına başlamaq qərarına gəlib. Bölgədə Volkov adlı rus əyyaşı kimləri istəyirsə, bölgəyə yerləşdirməsi faktı bu qanunsuz «erməniməramlı» adlı hərbi qruplaşmanın ölkədən qovulması və Laçın dəhlizinin bağllanması üçün kifayət edər. Azərbaycan bu iki yoldan birini seçməyə məhkumdur və bunu etməlidir. Rusiyaya məxsus «erməniməramlıların» bölgədəki bütün fəaliyyəti təcili nəzarətə götürülməlidir. «10 Noyabr» sazişinin pozulmuş və başı pozuq rus hərbi birləşmələri tərəfindən Azərbaycanın lehinə olan heç bir müddəasının həyata keçirilməməsi də bu addımı atmağımıza rəvac verir. Nə Zəngəzur koridoru açılmayıb, nə Qarabağın yuxarı hissəsinin məcburi köçkünləri öz yerlərinə qaytarılmayıb, nə də qanunsuz fəaliyyət göstərən terror dəstələri ləğv edilməyib.

Əslində Vardanyan ona yönəlmiş beynəlxalq bir cinayətdən yayınmaq üçün başqa bir «qanunsuz məskunlaşma», «ölkə ərazisinə qanunsuz daxil olma, separatizmə dəstək və s. cinayətlərə əl atıb. Hələ 2019-cu il (5 mart) epress.am erməni saytı «Ruben Vardanyanın «metsenatlığı» boş sabun köpüyü kimi partladı» adlı məqalədə yazmışdı: «Bir vaxtlar Rusiyanın ən böyük özəl investisiya banklarından biri, rusiyalı iş adamı Ruben Vardanyanın təsis etdiyi “Troyka Dialoq” təxminən 9 milyard dolların yuyulması sxemində iştirak edib. Bu barədə Beynəlxalq Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) araşdırmaçı jurnalistləri bildirib. Jurnalistlər tərəfindən dublyaj edilən “Troyka Laundromat” sxemi mütəşəkkil cinayətkarlıqla əlaqəli şəxslərə və korrupsioner məmurlara vergidən yayınmağa və xarici mülklərini gizlətməyə imkan verirdi. İstintaqda yer alan adlar arasında violonçel ifaçısı Sergey Rolduqin də var. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin onu dostum adlandırmışdı. Rolduqinin adı OCCRP-nin başqa bir araşdırmasında, «Panama Dossier» adlanan araşdırmada da çəkilib və bu, Rolduqinin adına ofşordan təxminən 2 milyard dollar keçdiyini iddia edib.

2000-ci illərin ortalarında “Troyka Dialoq” 75-dən çox ofşor şirkətdən ibarət şəbəkə yaratdı, xüsusən də 2013-cü ildə bağlanmış Litvanın Ukio Bankasda hesablar açdı. Rusiyadan gələn pullar bu bankdakı hesablar vasitəsilə “yuyulurdu”. Əməliyyatlar əsasən saxta olub: pullar mövcud olmayan mal və xidmətlərin tədarükü üçün köçürülüb və Litvadan Qərb banklarındakı hesablara göçürülüb.

Müstəntiqlərin fikrincə, “Troyka-Laundry (yuyucu)” başqa işlərlə yanaşı, 2009-cu ildə Moskva istintaq təcridxanasında dünyasını dəyişən Sergey Maqnitski tərəfindən araşdırılan Rusiyadan pul çıxarmaq işində də adı keçib. Sxemlər Rusiyanın siyasi və işgüzar dairələrinin üzvlərinə gizli şəkildə dövlət şirkətlərində və xaricdə daşınmaz əmlakda pay əldə etməyə imkan verirdi, deyə istintaq bildirir».

Bu faktı beynəlxalq aləmdə işıqlandıran The Guardian öz həmkarlarına istinadən yazırdı ki, ofşor şəbəkə vasitəsilə Avropa və ABŞ-a 4,6 milyard dollar (3,5 milyard funt sterlinq) göndərilib. Vəsaitlərin bir hissəsi Şahzadə Çarlzın 2007-ci ildə hərracda aldığı Şotlandiyada 18-ci əsrə aid tarixi Dumfries Evinin bərpasına yönəldilib. Əmlakı xilas etmək üçün daha 45 milyon funt sterlinq lazım idi, bununla əlaqədar məşhur şahzadə borca ​​düşdü. Onu bir qrup rus iş adamını özünə cəlb edən və əlavə 1,5 milyon funt-sterlinq toplayan Vardanyan xilas edib. Bu ittifaqın nəticəsi Uels Şahzadəsinin 2014-cü ildə xilasediciləri üçün təşkil etdiyi qala şam yeməyi oldu.

Xarakterikdir ki, Litva bankının sahibi Vladimir Romanov hələ 2013-cü ildə ölkəsində dələduzluqda və mənimsəmədə ittiham olunub, bundan sonra o, Litvanı tərk edib və 2017-ci ildə Rusiya Federasiyasından siyasi sığınacaq alıb.

Ümumilikdə, OCCRP-nin məlumatına görə də, təxminən 9 milyard dollar yuyulub: 4,6 milyard dollar köçürülüb, 4,8 milyard dollar isə nəğd çıxarılıb.

Vardanyan “Troyka” şirkətini “cəsarətli 90-cı illərdə” yaratdı, “investisiya bankçılığı sənayesi mövcud olmayanda, ölkə startap vəziyyətində idi və “cəngəllik qanunları” hökm sürürdü”, deyə “vençur xeyriyyəçisi”ni xatırlayır. Bu vəziyyətdə sahibkarlar «Rusiyada aydın oyun qaydaları ilə sivil mühit yaratmaq üçün mümkün olan hər şeyi etdilər».

Eyni fakta toxunan Rusiya saytı da 2019-cu ildə yazırdı ki, “dünya, o cümlədən Rusiya çirkli pulları yuyanların ovuna çıxıb”. Beynəlxalq OCCRP layihəsi ilə ofşor şirkətlər vasitəsilə 9 milyard dollardan çox pulun yuyulmasında əli olduğu elan edilmiş tanınmış biznesmen Ruben Vardanyan haqqında «BİZNES Online» materialında bir sıra məqamlara toxunub. Ermənistanda, yəni öz yurdunda Ruben Karlenoviçi “vətənin intiligent qulduru” adlandırırlar.

Elə o vaxtdan da Ruben Vardanyan adlı bu məxluq gizlənməyə «siçan deşiyi» axtarırdı və bu gün Qarabağda peyda olmasının kökündə dayanan məsələ elə bu pul yuma əməliyyatları ilə bağlıdır.

«BİZNES Online» daha sonra professor, rusiyalı politoloq Dmitri Qavranın fikirlərinə yer ayırıb:

İndi biz bütün dünyada və Rusiyada çirkli pulları yuyan qurumların axtarışı ilə bağlı açıq-aşkar ovun necə getdiyini görürük. ABŞ bunu bütün dünyada, ilk növbədə bütün banklarda edir: Deutschebank, Danimarka bankları, Riqa bankları. Və tamamilə aydındır ki, qlobal qarşıdurma kontekstində (“Troyka Dialoq”u mükəmməl başa düşdüyümüz kimi, o ciddi maliyyə oyunçusudur) kompromatlar da axtarılır, onunla əlaqəli olan oyunçular haqqında məlumatlar axtarılır. Digər tərəfdən, tam aydındır ki, bütün bu “Paşinyan – Ermənistanda narıncı inqilab” hadisəsi həm maliyyə monitorinqini, həm də bizim xüsusi xidmət orqanlarını Ermənistanla bu və ya digər şəkildə əlaqələri olan sahibkarlara diqqətlə baxmağa məcbur edir. Buna görə də, mənim fikrimcə, şərtlərin konfiqurasiyası «Troyka Dialoq»una daha yaxından baxmaq üçün hazırlanmışdır. Əgər orada normal bank əməliyyatlarından kənar əməliyyatlar aşkar edilərsə, bunlar artıq Vardanyanın problemləridir.

Beləliklə cinayəti sabit olan Ruben Vardanyan və onun kimilərə 2019-cu ildə yəqin ki, mənsub olduğu sistemli liberalların lideri Dmitri Medvedev uzaqlaşmağı göstəriş verib. Çünki Rusiyanın siyasi dairələri ilə sıx əlaqələr başağrısı gətirə bilərdi. Ruben Vardanyan Ermənistana Paşinyanın qorxusundan gedə bilməyib. Çünki hələ Paşinyan baş nazir olmadan öncə Vardanyanın Ermənistanla əlaqələrinə qarşı çıxmışdı. Məsələn: Hələ 2015-ci ildə (15 iyun, epress.am) bir deputat kimi Nikol Paşinyan Vardanyanın əleyhinə çıxmışdı. «Erməni Milli Konqresi» fraksiyasının üzvü Nikol Paşinyan təklif olunan qanun layihəsini qanunsuz hesab etmişdi. Müxalifətçinin sözlərinə görə, investor rusiyalı biznesmen Ruben Vardanyan olacaq. “Bu, Dilijanın mülkiyyət hüququnun Ruben Vardanyana keçməsini nəzərdə tutan qanun layihəsidir. Onun həyata keçirdiyi intellektual proqramlara böyük hörmətim var, amma mənim üçün bu, Sünik vilayətini [qubernator] Surik Xaçatryana, Artaşatı [baş nazir] Ovik Abramyana və onun ailəsinə, [inzibati paytaxt rayonu] Malatiya — Sebastiyanı Samvel Aleksanyana, Abovyan şəhəri Qaqik Tsarukyana verməklə eynidir. Hökumət dövlət strukturuna zidd olan layihə təqdim edib”, — deyə indi baş nazir olan deputat Nikol Paşinyan bildirmişdi. Bu gün də Paşinyan eks prezident Serj Sarqsyanın dostu olan R. Vardanyanı qəbul etmir və bu fakt Rusiyanın bu işdə baş rolda olmasını təsdiqləyir.

Beləcə öz dərisini qorumaq üçün qaçan bu «dovşan Vardanyan», Ermənistanda Sorosçulara yem olmamaq üçün Qarabağda separatçılara sığınır və Rusiyada kirli əlaqələrə malik bu üzdəniraq milyarderin qaçışından Rusiya siyasi oyun oynamaq qərarına gəlir. Onsuz da öz yurdunda “vətənin intiligent qulduru”, Rusiyada kirli əlaqələri faş olmuş və etibardan düşmüş, çoxsaylı korrupsiya qalmaqallarında iştirak etmiş və külli miqdarda pulların yuyulmasında ittiham olunan və Beynəlxalq aləmdə Mütəşəkkil Cinayətkarlığın və Korrupsiyanın Öyrənilməsi Mərkəzinin 2019-cu il üzrə hesabatında adı keçən Ruben Vardanyanı, ağaları məmnuniyyətlə «son mənzilə» yola salmışlar. İndi isə Oleq Qriqoryevin “Neokonomika” Araşdırmalar Mərkəzinin Muxtar Qeyri-Kommersiya Təşkilatının aparıcı iqtisadçısı Aleksandr Vinoqradovun 2019-cu ildə dediyi fikirlərə diqqət edin: «Vardanyan araşdırıldıqdan sonra potensial biznes tərəfdaşlarının hər ehtimala qarşı uzaq durmaq istəyəcəyi çox zəhərli bir fiqur olacaq».

Artıq Rusiyanın siyasi dairələri bu adamdan uzaq durmaq üçün bölgəyə göndərməsi qatı cinayətkarları Ukraynada döyüşə göndərmələrinə bənzəyir.

Rusiya bu adamı Rusiyadan uzaqlaşdırmaqla bir çirkabdan xilas olmağa çalışdığı aydın görünür. Erməni politoloq Suren Surenyants hesab edir ki, biznesmen Dağlıq Qarabağa köçmək qərarını tək qəbul etməyib. O, Moskvanın bu prosesin moderatoru olduğunu istisna etmir və hesab edir ki, bu, bəlkə də “Rusiyada düşünülən çoxgedişlu kombinasiyaların gedişlərindən biridir”.

“Vardanyanın planları Kremlin Moskvadakı ofislərində müzakirə olunmaya bilməzdi. Hansı səviyyədə olduğunu bilmirəm. Vardanyan təkbaşına bu siyasi prosesə girişə bilməz. Bu, həm də Moskvanın Ermənistanla bağlı hansı planlarından asılıdır. Rusiyada çoxqütblü kombinasiya hazırlamış ola bilərlər ki, onun tərkib hissələrindən biri də Vardanyanın hərəkətidir”…

Samuel Consonun dediyi “Vətənpərvərlik” əclafların son sığınacağıdır» sözlərinə uyğun olaraq Vardanyan Qarabağa sığınıb SARSAQLAYARAQ qələmi qırılmış keçmişini ağlamağa gəlib. Onun üçün bu müddəti bizim qəhrəman Xüsusi Xidmət təyinatlılarımız müəyyən etməlidir.

P.S. Bu videoda Zaxaryan adlı məxluq da Vardanyanın həmcinsidir. Buranı zarıya-zarıya tərk elədi. Tezliklə də Vardanyan timsahın göz yaşlarını axıdacaq…

Bu xəbəri paylaşın: