Erməni qadınların hərbi dəstəsinin komandiri «Gəzəyən» ARPO

Əvvəlcə onu qeyd edim ki, artıq bir həftədir ki, davamlı olaraq Ermənistan Müdafiə Nazirliyi tərəfindən müharıbəyə hazırlıq məqsədilə qadınlardan ibarət könüllülər üçün «Atıcılıq kursları» təşkil olunub. Hələ ki, kurslarda 1500 nəfərə qədər iştirak edir. Bundan sonra bu kursların bölgələrdə keçirilməsi nəzərdə tutulur.

Hambaryan (mən ona həmişə HAMBALYAN deyirəm-müəl.) soyadlı bir erməni şəkildəki qızlar və onların komandiri Arpi Davoyan haqqında yazır: «Heç bilmirəm bu Arpo adlı qadın nəyə görə döyüş atıcılığı kurslarında iştirak edir? Onsuz da onun sifətini görən hər kəs qorxusundan ÖLƏR! Buna görə də atıcılıq kurslarına ehtiyac yoxdur…

Qatı anti Paşinyançı qüvvələrə xidmət edən Hambalyanın bu yazısı erməniləri yaman hirsləndirib.

İSMAYIL TANRIVERDİ

Bu xəbəri paylaşın: