AVMVİB Şəki rayon şöbəsinin üzvləri 8 Noyabr — Zəfər Gününü qeyd edirlər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şəki rayon şöbəsinin üzvləri 44 günlük Vətən müharibəsi günlərində öz pensiyasını ordumuza ərmaan edən Şəki rayonu Baş Künküt kənd sakini Hikmət babanı ziyarət ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şəki rayon şöbəsinin sədr müavini Vüqar Əmirəhmədov məlumat verib.

Vüqar Əmirəhmədov bildirdi ki, maraqlı keçən görüşdü İctimai tv əməkdaşları və Tərlan müəllim də iştirak edirdilər. Daha sonra müharibə veteranları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin dəvətiylə Şəki rayonunda keçirilən 8 Noyabr — Zəfər Günü tədbirində olduq. Tədbirdə rayon ictimaiyyəti, gənclər, şəhid anaları və qazilər iştirak etdilər. Heydər Əliyev Mərkəzində keçirilən tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.

AVMVİB Şəki rayon şöbəsinin sədr müavini Vüqar Əmirəhmədov Şəki veteranları adından Füzuli Rzaquliyev başda olmaqla Birlik üzvlərini və Azərbaycan xalqını təbrik edib!

Nurlan

Bu xəbəri paylaşın: