Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər və Xocalı rayon şöbəsinin üzvləri 8 Noyabr — Zəfər Günü bayramı münasibəti ilə Ağcakənd qəsəbəsində şəhid Cavad Əhmədov adına Xocalı rayon Cəmilli kənd tam orta məktəbində şagirdlərlə görüş kecirmişdir.
Xankəndi şəhər və Xocalı rayon şöbəsi rayonlarımızda 8 Noyabr — Zəfər Günü münasibəti ilə səyyar görüşlər keciriblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev məlumat verib.
Tədbirdə məktəbin müəllim və şagird kollektivi, müharibə veteranları və şəhid ailələri yaxından iştirak ediblər.


