İki qardaş Türk ölkəsinin köhnə döyüşçüləri bir arada

8 Noyabr — ZƏFƏR GÜNÜ münasibəti ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin dəvəti ilə Qardaş Türkiyə Respublikasının hərbyönümlü təşkilatlarının rəhbər və üzvlərindən ibarət nümayəndə heyəti bu gün ölkəmizə səfər ediblər.

ZƏFƏR GÜNÜ münasibətilə ölkəmizə səfər edən qardaş Türkiyənin hərbyönümlü təşkilatlarının üzvlərindən ibarət nümayəndə heyəti Türkiyə Milli Müdafiə Nazirliyinin xüsusi təyyarəsi ilə Bakıya eniş edib.

Səfər ənasında ilk olaraq Fəxri Xiyabanda Ümumilli lider Heydər Əliyevin məzarı ziayrət olundu. Daha sonra isə Şəhidlər Xiyabanda şəhidlərimizin məzarları və Türk Şəhidliyi ziyarət olundu.

Tədbirdə Türkiyəli qazilərlə birgə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavinləri polkovnik Salman Musayev, İslam Səfərov, AVMVİB Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov və şöbə üzvləri, AVMVİB Xətai rayon şöbəsi sədrinin müavini Əhli Həbiyev, AVMVİB Sabunçu rayon şöbəsinin sədri Ramiz Musayev, AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev və şöbə üzvləri, AVMVİB Xankəndi şəhər şöbəsinin sədri Ramiz Ağayev və şöbə üzvləri, AVMVİB Cəbrayıl rayon şöbəsinin sədr müavini İlham Səfərov, AVMVİB Nəsimi rayon şöbəsinin üzvləri, həmçinin ali rütbəli şəxslər general leytenant Yaşar Aydəmirov, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, polkovnik Xətai Baxışov, polkovnik Hikmət Ağayev, polkovnik-leytenant Asif Kərimov, bəstəkar Fərahim Sadiq və digər şəxslər iştirak edirdilər.

Allah Şəhidlərimizə rəhmət eləsin!

Türliyə-Azərbaycan qardaşlığı əbədidir!

Yaşasın Böyük Turan!

Azad Musayev

Fədai.az-ın müxbiri, AVMVİB Zəngilan rayon şöbəsinin sədri

Bu xəbəri paylaşın: