Xocavənd rayonunda şəhid Quliyev Şirxan İsmixan oğlunun anım günü ilə bağlı tədbir keçirilmişdir.
07 noyabr 2022-ci il tarixində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayonu Muğanlı kənd sakini Şəhid Quliyev Şirxan İsmixan oğlunun anım günü ilə əlaqədar Xocavənd qəsəbəsi Şəhidlər məzarlığında tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.



Anım mərasimində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədov, rayon ictimaiyyəti, şəhidin döyüş dostları və yaxınları iştirak etmişlər.
Mərasimdə çıxış edənlər və şəhidin döyüş yoldaşları onun qəhrəmanlığından danışmışlar.


Sonda Salakətin kənd tam orta məktəbi şagirdlərinin şəhidlər haqqında söylədikləri şeir parçaları dinlənilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Xocavənd
