Bakıda Zəfər yürüşü

Bakıda 8 Noyabr — Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə daha bir marşrut üzrə Zəfər yürüşü keçirilib.

Yürüş Hüseyn Cavid parkından başlayaraq Hüseyn Cavid prospekti, Parlament prospekti və Şəhidlər xiyabanına qədər davam edib.

Yürüşdən əvvəl şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Yürüş Şəhidlər xiyabanından başlayaraq “Alov qüllələri” kompleksi, “İçərişəhər” metrosu, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gur heykəlinə qədər davam edəcək.

Hərəkət marşrutu üç istiqamət üzrə təşkil edilib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun 2 906 hərbçisi torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün qorunması uğrunda şəhid olub. 

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabrda imzaladığı sərəncama əsasən, 8 noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd olunur.

Bu xəbəri paylaşın: