Goranboylu veteranlar şəhidlərimizi ziyarət etdilər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Goranboy rayon şöbəsinin üzvləri 8 Noyabr — Zəfər Günü münasibəti ilə ənənəvi olaraq şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədov məlumat verib.

Elmar Məmmədov bildirib ki, rayon veteranları şəhidlərimizi unutmurlar. Bayram günü də onların məzarları ziyarət olunaraq gül qoyuldu. Əziz ruhlarına dualar edildi. Məhz bu qəhrəmanların sayəsində 30 illik işğala son qoyuldu və bu gün qürurla 8 Noyabr — Zəfər Gününü qeyd edirik. Allah şəhidlərimizə rəhmət eləsin.

Bu şərəfli gündə Azərbaycan xalqını və döyüşçü qardaşlarımızı Zəfər Günü münasibətiylə Goranboy müharibə veteranları adından təbrik edirəm.

E. Səlim

Bu xəbəri paylaşın: