Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağsu rayon şöbəsinin üzvləri 8 Noyabr — Zəfər Günü münasibəti ilə şəhidlərimizin məzarlarını ziyarət ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağsu rayon şöbəsinin sədri Polad Mürsəlov məlumat verib.



Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanov iştirak edib.
Qurban Osmanov bildirdi ki, 8 Noyabr Zəfəri müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi olmuşdur. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi xalqımızı uzun illər davam edən məğlubiyyət acısından qurtarmış və onu qalib xalqa çevirmişdir. Bu gün qalib xalqın nümayəndələri kimi şəhidlərimizi qürurla və rəhmətlə anırıq. Onların başlatdığı şərəfli yol Zəfərlə başa çatdırıldı. Buna görə də şəhidlərimizi unutmamalıyıq.


Bu şərəfli gündə Azərbaycan xalqını və döyüşçü qardaşlarımızı Zəfər Günü münasibətiylə Ağsu müharibə veteranları xalqımızı, Komandanımızı və Ordumuzu təbrik edirlər.
N. Məmmədli