Zəngilan rayonu Zəfər günü münasibətilə tədbir keçirib

Zəngilan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər günü münasibətilə tədbir keçirildi.

Möhtəşəm hazırlanan tədbirdə ilk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Şəhid olan Şəhidlərimizin ruhuna sayğı duruşu oldu, sonra Azərbaycan Dövlət Himni səsləndirildi.

Himnin sonra söz Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənova verildi.

Rayon İcra başçısı tədbir iştirakçılarını Zəfər günü münasibətilə təbrik etdikdən sonra Azərbaycan İctimai, siyasi, hərbi quruculuq barədə çıxış edərək başda Ali Baş komandan,cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Rəşadətli ordumuzun 30 il işğalda olan torpaqlarımızın azad olunmasından danışaraq xalqımızın Ali Baş Komandan ətrafında sıx birləşib daha da möhkəmlənməsini bildirdi.

Sonra söz musiqiyə verildi. Gənc ifaçılar, məktəblilər çıxış etdikdən sonra aşıq Ruhiyyə Qarabağlının ifasında «Əsgərinə heykəl qoyun» mahnısı səsləndi və mahnı alqışlarla qarşılandı.

Söz vətənpərvər mahnıların bəstəçisi Fərahim Sadiqin rəhbərliyi ilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin birlikdə ərsəyə gətirdiyi » Əsgərnamə» elegiyasının səslənməsi üçün bəstəkar Fərahim Sadiq və AVMVİB Zəngilan rayon şöbəsinin üzvləri səhnəyə dəvət olundular. Elegiya səslənib qurtarandan sonra bütün zal ayaq üstə alqışladı.

Bir qrup 2-ci Vətən müharibəsi iştirakçısının təltif olunduğu medallar rayon icra başçısı Ramiz Həsənov və rayon Millət vəkili İmamverdi İsmayılov tərəfindən sahiblərinə təqdim olundu.

AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev fərqlənən şöbə üzvlərini Fəxri Fərmanla təltif etdi.

Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Ramiz Həsənov və müavinləri, şöbə müdirləri, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı İmamverdi İsmayılov, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, rayon ictimayəti, şəhid ailələri, müharibə iştirakçılar iştirak edirdilər.

Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

ZƏFƏRİN MÜBARƏK AZƏRBAYCAN!

A. Musayev

Bu xəbəri paylaşın: