Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər günü münasibətilə tədbir keçirilib. Tədbirdə Biləsuvarda yaşayan AVMVİB üzvləri iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov məlumat verib.


Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş ümumrayon tədbirində Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının, YAP Biləsuvar rayon təşkilatının, idarə, müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilərimiz və ictimaiyyətin nümayəndələri iştirak etdi.
Tədbirdə çıxış edənlər arasında əfsanəvi Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov da vardı.



“Dəmir yumruq” kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, hər günü bir qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir.Azərbaycanın üçrəngli bayrağı azad edilmiş ərazilərimizdə ucaldılaraq qürurla dalğalanır.
Tədbirdə Biləsuvar Regional Mədəniyyət idarəsinin hazırladığı bədi hissə nümayiş olunub.
Sonda möhtəşəm atəşfəşanlıq olub və xatirə şəkilləri çəkdirilib.



