Qubadlı rayonunda da “Zəfər Günü” münasibətilə silsilə tədbirlər keçirilib

Respublikanın hər bir bölgəsində olduğu kimi Qubadlı rayonunda da “Zəfər Günü” münasibətilə silsilə tədbirlər keçirilib. 08.11.2022-ci il tarixdə Abşeron rayonu, St.Sumqayıt ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı yaşayış kompleksindəki M.Əliyev adına Hal kənd tam orta məktəbinin həyətində geniş konsert proqramı təşkil olundu. Əvvəlcə məktəbin foyesində Zəfər Gününə həsr olunmuş sərgi nümayiş olundu.

Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların kollektivləri, YAP Qubadlı rayon təşkilatı, İcra Hakimiyyətinin məsul işçiləri, Şəhidlərimizin ailə üzvləri, yaxınları, Vətən müharibəsi iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminnov məlumat verib.

Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himni səsləndirildi.

Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov tədbirdə iştirak edən Vətən Müharibəsi iştirakçıları və qazilərlə görüşdü, onlara maddi köməklik göstərdi.

Daha sonra Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.

Tədbirdə Respublikanın tanınmış ifaçıları tərəfindən mahnılar səsləndirildi. Həmçinin Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyi və Qubadlı rayon məktəbliləri tərəfindən hazırlanmış vətənpərvərlik mövzusunda mahnılar, şeirlər səsləndirildi, rəqslər nümayiş olundu.

Bu xəbəri paylaşın: