Salyan veteranlar “8 Noyabr- Zəfər Günü”nü qeyd ediblər

Salyan rayonunda müharibə veteranları “8 Noyabr- Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilmişlər.

Tədbirdə şəhidlərimizin ailə üzvləri, yaxınları, Vətən müharibəsi iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Salyan rayon şöbəsinin sədri Qənbər Əliyev məlumat verib.

Müharibə veteranları torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsinə ucaldılmış abidələrə gül qoyaraq onların ruhlarına dualar etmişlər.

AVMVİB Salyan rayon şöbəsinin üzvləri Şanlı Zəfərimizin ikinci ildönümü münasibətilə xalqımızı təbrik etmiş, Vətən uğrunda canından keçən bütün şəhid qardaşlarımıza Allahdan rəhmət diləmişlər.

Bu xəbəri paylaşın: