AVMVİB Zaqatala rayon şöbəsi bayram tədbiri keçirib

Zaqatala rayonunda müharibə veteranları “8 Noyabr- Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilmişlər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zaqatala rayon şöbəsinin sədri Elçin Ağababayev məlumat verib.

Hər iki müharibənin iştirakçıları olan müharibə veteranları torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini anmış, onların ruhlarına dualar etmişlər.

Həmçinin AVMVİB Zaqatala rayon şöbəsinin sədri Elçin Ağababayev Zəfərin ikinci ildönümü münasibətilə AVMVİB-nin fəal üzvü Qasım Qədirovu Xatirə medalı ilə təltif edib.

AVMVİB Zaqatala rayon şöbəsi rayon veteranları adından Azərbaycan xalqını təbrik edib.

Elnur Səlim

Bu xəbəri paylaşın: