İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biridə peşəkarlığı, hümanistliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmiyyəti, vətənpərvərliyi, işgüzarlığı və mənəvi keyfiyyətilə secilən müharibə veteranı, ehtiyatda olan polkovnik -leytenant Seyidəliyev Mircalal Bədəl oğludur. Noyabr ayının 10-da onun 58 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan ehtiyatda olan Müharibə Veteranı Polkovnik-leytenant Mircalal Seyidəliyevi doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və uzun ömur arzulayir. Arzu edirik ki, Mircalal Seyidəliyevin yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Mircalal Seyidəliyev 1964-cü ilin noyabr ayının 10-da Ağsu rayonunun Pirhəsənli kəndində zəhmətkeş ailədə anadan olub.
1987-ci ildə Bakı şəhərində komsomol məktəbini, 1991- ci ildə Litva respublikasında xüsusi əməliyyat ali məktəbi, 2007- ci ildə Bakı Dövlət Universitetini bitirib.
1982 — 1984 cü illərdə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunların Moskva və Belqorod şəhərlərində yerləşən hərbi hissələrdə müddətli həqiqi hərbi xidmətdə olub.
1992- 2017-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin (Nazirirliyin) Hərbi Kəşfiyyat Baş İdarəsində müxtəlif vəzifələrdə Vətənə, Dövlətə, Xalqa sədaqətlə xidmət edib.
1992 — 1998-ci illərdə Hərbı Əks Kəşfiyyat Baş İdarəsinin Daxili Qoşunlar üzrə Əks kəşfiyyat şöbəsində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kurator olub.
Mircalal Bədəl oğlu Seyidəliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək,üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Müharibə Veteranı ehtiyatda olan polkovnik leytenant Seyidəliyev Mircəlal Bədəl oğlu Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi istiqamətində, Hərbi Andın, Hərbi Nizamnamələrin, Hərbi- Əks Kəşfiyyat Baş İdarəsi haqqında müvafiq əmrlərin və əsasnamələrin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi və iş yoldaşları onu vətənpərvər, qorxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, təhsil aldıgı orta və ali təhsil müəssisələrində,istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost — tanış, qohum -əqraba arasında özünə layiq hörmət qazanıb.
Azərbaycan Respublikasında ictimai qaydanın qorunmasında , ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, Fövqalədə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində eləcədə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Xidməti vəzifə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və xidmətdə fəriqləndiyinə görə Dövlət Təhlükəsizlik Xidmətinin (Nazirinin), Hərbi-Əks Kəşfiyyat Baş İdarəsinin rəisinin və həmin idarənin şöbə rəisinin müvafiq əmrləri ilə bir sıra medalarla, «Əla xidmətlərə görə» döş və yubiley nişanları ilə təltif edilib və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MİRCALALBƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin huquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev

