Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Rəhbərliyi müharibə veteranı, ehtiyatda olan kapitan Süleymanov Rizvan Əli oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.


Müharibə Veteranı ehtiyatda olan kapitan Süleymanov Rizvan Əli oğlu 10 noyabr 1971-ci ildə Gədəbəy rayonunun İvanovka kəndində anadan olub.
O,1988-ci ildə Gədəbəy rayonunun İvanovka kənd orta məktəbini,1998-ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Xəzər rayonunda yerləşən hərbi məktəbi, 2000 -ci ildə isə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən hərbi Məktəbdə zabitlərin ixtisas artırma kursunu bitrib.
Rizvan Əli oğlu Süleymanov 1989-cü ildə Gəncə şəhər Hərbi Komissarlığı tərəfindən müdddətli həqiqi hərbi xidmətə çağırılmışdır.O,1989-1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Talin şəhərində yerləşən hərbi hissədə müdddətli həqqi hərbi xidmətdə olmuşdur.
Ehtiyatda olan kapitan Rizvan Əli oğlu Süleymanov 1991- ci ildə könüllü olaraq cəbhəyə yollanmışdır. 1998-ci ilin iyun ayına kimi Müdafiə Nazirliyinin döyüş bölgələrində yerləşən hərbi hissələrin artileriya və xüsusi təyinatlı bölmələrində taqım və böluk komandiri vəzifələrində xidmət edmət edərərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

O, 1998-ci ilin iyun ayından 2004-cü ilin son ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Gəncə şəhərində və Zaqatala rayonlarında yerləşən hərbi hissələrin Xüsusi Təyinatlı Dəstələrində qrup və dəstə komandiri vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin, tələblərinin yerinə yetirilməsində tabeçiliyində olanlar üçün nümunə olmuşdur.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa, terrorçüluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, fövqaladə vəziyyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Müharibə veteranı ehtiyatda olan kapitan Süleymanov Rizvan Əli oğlu Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə qüsursuz xidmətlərə görə 2-ci və 3-cü dərəcəli , Silahlı Qüvvələrin yaranmasının 10-illiyi və 90-iliyi yubiley medalları ilə təltif olunub. Ehtiyatda olan kapitan Rizvan Əli oğlu Süleymanov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Üzvüdür. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin təsis etdiyi xatirə medaları ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RİZVAN BƏY!
ÖMRÜN UZUN OLSUN 100 YAŞA.
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.
DAİMA XOŞBƏXT VƏ FİRƏVAN YAŞA!
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev


