Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 10-da Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıtqəbri ziyarət edib.
Mustafa Kamal Atatürk vəfatının 84-cü ildönümündə anılıb. Anıtkabirdə keçirilən mərasimdə başda prezident Rəcəb Tayyib Ərdoğan olmaqla dövlət rəsmiləri iştirak edib. Anıtkabirin xüsusi kitabını imzalayan Ərdoğan, «Millətimizin əsrlər boyu arzuları gerçəkləşənə qədər dayanmayacağıq, hücumlar qarşısında təslim olmayacağıq, mübarizəmizə qətiyyətlə davam edəcəyik» yazıb.
Bildirilib ki, ziyarət zamanı onu Türkiyənin dövlət rəsmiləri, siyasi partiyaların liderləri müşayiət ediblər.
Qeyd edək ki, Qazi Mustafa Kamal Atatürk 1881-ci ildə Salonikidə anadan olub, 1938-ci il noyabrın 10-da İstanbulda Dolmabağça sarayında vəfat edib.
