Ermənistanın «kapitulyasiya» aktını imzalamasından iki ilmi ötür?!

Seyyid Mübariz Ağa

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbəsi Bankə qəsəbəsi Özək sədri, ehtiyatda olan gizir 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin aşağıdakıları bəyanat imzalandı.

1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur.

Sual olundusa, 10 noyabr 2020-ci il tarixində bugünə qədər necə şəhidimiz oldu??? Atəşkəsi boynuna götürən, «Sülməramlıları» Qarabağa yerləsdirən «dost, əməkdaş, böyük qardaş» Rusiya nə etdi ????

2……..

3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.

Sual — Bugün Qarabağda Rusun nəqədər əskəri və hərbi texnikası var???

4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması….

Sual — erməni silahlı qüvvələr nədən cıxarılmadı ???

5……

6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

P.S. — Bu 6-cı bölüm tam yerinə yetirilb, demək olar (Ermənilərin xeyrinə olduğu üçün).

7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.

P.S. — Qarabağa «İşadamları» (Yani vəzifədə olan məmurların adından pullu qohumları) Heyvan sürüləri və s… hər şey pul üçün deyib nə lazımsa etdilər. Lakin hələ də məcburi köçkünlər qayıtmır ki, qayıtmır. Hə mən onları burda istəmədiyimdən deyil, Onlar qayıtsa, köçkünlərə verilən evlər şəhid alələrinə, veteranlara və ehtiyatda olan evsiz qalan zabit və gizirlərə verilərdi.

8………..

9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

P.S. — Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat yolu nədən acılmadı??? Biz bunu nədən Rus dövlətindən tələb etmirik? Əgər hakim odursa, qərarı uyğulasın. Yox, əgər bacarmırsa, o zaman biz ondan imtina edərək TÜRKİYƏNİ HAKİM SECMƏLİYİK…

Bu xəbəri paylaşın: