Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi ehtiyatda olan polkovnik leytenant Yusubov Şiraslan Musa oğlunu doğum günü münasbətilə təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.
Şiraslanın yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildək keçsin.
Ehtiyatda olan polkovnik leytenant Yusubov Şiraslan Musa oğlu 11 noyabr 1970-ci ildə Göycə mahalının Şəfəq kəndində anadan olub.
O, Şəfəq kənd orta məktəbini, Azərbaycan Pedoqoji Ünversitetini, Daxili İşlər Nazirliyinin Polis Akademiyasını və Daxili Qoşunların Bas İdarəsinin Xəzər rayonunda yerləşən hərbi Məktəbi ( zabitlərin ixtisas artırma kursunu) bitrib.


Şiraslan Musa oğlu Yusubov 1989-1991-ci illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub. 1991-1997-ci illərdə Daxili İşlər Orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 1998-2018-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Nərimanov, Binəqədi, Zaqatala və Qaradağ rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri, bölük komandirinin müavini, böluk komandiri, ərzaq və əşya xidmət rəisi, hərbi hissə komandirinin müavini, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini , Daxili Qoşunların Bas İdarəsinin mənəvi-psixoloji hazırlığı şöbəsində isə baş zabit vəzifələrində xidmət etmişdir.
O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə ,Füzuli və Cəbrayıl rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında ,mütəşəkkil cinayətkarlığa, terrorçüluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, fövqaladə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Müharibə Veteranı ehtiyatda olan polkovnik leytenant Yusubov Şiraslan Musa oğlu peşəkarlığı və humanistliyi ilə secilən ömrünün ən məhsuldar dövrünün 24-il dən çox şərəfli xidməti yolunu Daxili İşlər Nazirliyinin Daxili İşlər Orqanlarında və Daxili Qosunlar Baş İdarəsində və hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
Şiraslan Musa oğlu Yusubov Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə və şərəf hissi ilə yanaşaraq, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Müharibə Veteranı ehtiyatda olan polkovnik leytenant Şiraslan Musa Oğlu Yusubov Xidmətdə fəriqləndiyinə görə O, Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Qüsursuz Xidmətlərə görə isə 1-ci dərəcəli, 2-c şi dərəcəli və 3-cü dərəcəli Silahlı «Qüvvələrin yaranmasının» isə 10- iliyi, 90- illiyi, 95 -illiyi və100- illiyi medalları ilə təltif edilib.
O, Dövlətinin ərazi bütövlüyünün təmin edilməsində iştirak etdiyinə, döyüş zamanı şücaət göstərdiyinə, öz xidməti vəzifələrnin yerinə yetirilməsinə fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidentinin 11 mart 1216- cı il tarıxlı sərancamına əsasən «HƏRBİ XİDMƏTLƏRƏ GÖRƏ » Medalı ilə təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ŞİRASLAN BƏY!
ÖMRÜN UZUN OLSUN 100YAŞA.
DAİMA XOŞBEXT VƏ FİRAVAN YAŞA
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi işlər üzrə müavini polkovnik Salman Musayev


